Azedu.az

UNEC-in şəhid məzunu Mürsəl Kazımlının ailəsi ziyarət edilib

Ali təhsil

6 Yanvar 2023, 16:39
UNEC-in şəhid məzunu Mürsəl Kazımlının ailəsi ziyarət edilib

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev Qarabağın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış UNEC-in 2014-cü il məzunu Mürsəl Kamil oğlu Kazımlının məzarını ziyarət edib və şəhidin ailəsinə baş çəkib.

 

AzEdu.az xəbər verir ki, Mürsəl Kazımlı düşmənin atdığı minadan 23 oktyabr 2020-ci il tarixdə Füzuli rayonunun Kürdlər kəndində qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır.

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun!

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox