Azedu.az

AzTU professorunun həmmüəllifi olduğu kitab ABŞ-da nəşr olunub

Ali təhsil

6 Yanvar 2023, 13:37
AzTU professorunun həmmüəllifi olduğu kitab ABŞ-da nəşr olunub

Azərbaycan  Texniki Universitetinin (AzTU) professoru, neft kimyaçısı Mir-Yusif Mirbabayev və amerikalı geofizik, “Neft sənayesinin tarixi lüğəti”nin müəllifi Marius Vasiliunun həmmüəllifi olduqları “XIX əsrdə ABŞ və Azərbaycan nefti: iki titan” kitabı ABŞ-da ingilis dilində nəşr olunub. 

 

AzEdu.az xəbər verir ki, kitab müxtəlif qitələrdə neftin sənaye üsulu ilə istehsalının tarixindən bəhs edir. Nəşrdə dünyada ilk dəfə sənaye üsulu ilə neft quyusunun 1846-cı ildə məhz Azərbaycanda qazıldığı, bunun Pensilvaniyanın məşhur Drake quyusunun qazılmasından 13 il əvvəl baş verdiyi qeyd edilib.

 

Kitabda həmçinin ABŞ-da və Azərbaycanda neft hasilatının tarixi xronoloji ardıcıllıqla əks olunub.

 

Amerikalı mütəxəssislər tərəfindən müsbət rəylər alan kitabın gələcəkdə Azərbaycan və rus dillərində də nəşr olunması nəzərdə tutulub.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox