
Xarici tələbə; pul, bacarıq və iş gətirir.
Azedu.az ali təhsil məsələləri üzrə mütəxəssis Vüsal Kərimliyə istinadən təqdim etdiyi yazıda xarici tələbələrə görə ən çox gəlir əldə edən ölkələrin siyahısını təqdim edir:
1.ABŞ-İllik gəlir-51 milyard avro. Bu ölkədə təhsil alan xarici tələbələrin əhəmiyyətli hissəsi Çin, Hindistan, Koreya, Kanada və Yaponiyadandır;
2.Böyük Britaniya-illik gəlir-5.3 milyard avro. Xarici tələbələrin əhəmiyyətli hissəsi Çin, Hindistan, Almaniya, ABŞ və İrlandiyadandır;
3.Avstraliya-illik gəlir-3.1 milyard avro. Xarici tələbələrin əhəmiyyətli hissəsi Çin, Hindistan, İndoneziya, Cənubi Koreya və Kanadadandır;
4.Yaponiya-illik gəlir 2 milyard avro.Xarici tələbələrin əhəmiyyətli hissəsi Çin, Cənubi Koreya, İndoneziya və ABŞ-dandır;
5.Kanada- illik gəlir1.3 milyard avro. Xarici tələbələrin əhəmiyyətli hissəsi Çin, Fransa, Hindistan, ABŞ və Cənubi Koreyadandır;
6.Yeni Zelandiya-illik gəlir-1.1 milyard avro. Xarici tələbələrin əhəmiyyətli hissəsi Çin, Hindistan, Avstraliya, ABŞ və Cənubi Koreyadandır;
7.Fransa- illik gəlir 1 milyard avro. Xarici tələbələrin əhəmiyyətli hissəsi Çin, Almaniya, İtaliya, İspaniya və Rusiyadandır;
8.Almaniya-illik gəlir 500 milyon avro. Xarici tələbələrin əhəmiyyətli hissəsi Çin, Rusiya, Avstriya, Türkiyə və Polşadandır. Qeyd etmək lazımdır ki, Almaniyada dövlət universitetlərində təhsil pulsuzdur. (bakalavr və magistratura pilləsi üzrə);
9.Niderland-illik gəlir 450 milyon avro. Xarici tələbələrin əhəmiyyətli hissəsi Almaniya, Çin, Belçika, Yunanıstan və İtaliyadandır.
2022-ci ilin rəqəmlərinə baxsaq Azərbaycanda 8819 xarici tələbə təhsil alır. Bunlardan gələn gəliri isə hesablasaq ortalama 15-18 milyon AZN gəlir deməkdir. Bu rəqəm isə çox azdır.
Ən çox xaricdə təhsil almağa gedənlər aşağıdakı ölkələrin vətəndaşlarıdır:
- Çin
- Hindistan
- Koreya
- Kanada
- Yaponiya
- Almaniya
- Fransa
- Meksika
- Türkiyə
- Böyük Britaniya
kitabı







