Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-20 12:04:00
"Səriştə" modelinin tətbiq olunacağı tarix açıqlanıb  

"Səriştə" modelinin tətbiqinə 2025-ci ilə qədər nail olacağıq".

 

AzEdu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

 

Onun sözlərinə görə, dövlət qulluğuna qəbulun şəffaf keçirilməsi üçün Azərbaycanda onillərlə davam edən hüquqi normativlər mövcuddur: "Səriştə" modeli isə təkcə işə götürən insanlar üçün yox, eyni zamanda bu prosesdə iştirak edən insanlar üçün də vacibdir. Çünki insan öz səriştələrini bilirsə, özünü qiymətləndirməyi də bacarır. "Səriştə" modelinə əsasən seçimlər hansısa hüquqi sənədlərə, diplomlara görə aparılmır. Bu proqram insanın indiki potensialını və onun gələcək potensialını müəyyən edir. Səriştələr hər bir vəzifəyə əsasən müəyyən edilir və hazırda bununla əlaqədar 16 səriştə profilimiz var".

 

Report.az