Azedu.az

DİM 2022/2023-cü tədris ili üzrə Təqvim planı ilə bağlı seminar keçirib 

Dövlət İmtahan Mərkəzi

9 Dekabr 2022, 11:15
DİM 2022/2023-cü tədris ili üzrə Təqvim planı ilə bağlı seminar keçirib 

5-9 dekabr 2022-ci il tarixlərdə Dövlət İmtahan Mərkəzinin regional bölmələrinin əməkdaşları tərəfindən Quba-Xaçmaz, Mil-Muğan, Şirvan-Salyan, Şəki-Zaqatala, Gəncə-Daşkəsən və Qazax-Tovuz regional təhsil idarələri və tabeliklərində olan rayon təhsil sektorlarının məsul şəxsləri, həmçinin ümumi təhsil məktəblərinin "Şagird-məzun" sistemi üzrə əlaqələndiriciləri üçün 2022/2023-cü tədris ili üzrə Təqvim planı, buraxılış sinif məzunlarının yekun attestasiyası, şagirdlər haqqında məlumatların “Şagird-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməsi və digər məsələlərlə bağlı seminarlar keçirilib.

 

AzEdu.az xəbər verir ki, DİM-in regional bölmələrinin əməkdaşları “Şagird-məzun” sistemindəki yeniliklər və onlardan istifadə qaydaları barədə seminar iştirakçılarına ətraflı məlumat veriblər.

 

Görüşdə Təqvim planına uyğun olaraq görüləcək işlər müzakirə edilib və iştirakçıların sualları cavablandırılıb.

 
ŞOK video yayıldı! İran Xudafərini nişan aldı - Sensasion iddia
Son xəbərlərDaha çox