Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-30 13:05:00
UNEC-də seminar: “Kriptovalyutaların maliyyə bazarlarına və qlobal ticarətə təsiri”

UNEC-də Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsi və UNEC Avropa İqtisadiyyatı Mərkəzinin təşkilatçılığı ilə “Kriptovalyutaların maliyyə bazarlarına və qlobal ticarətə təsiri” mövzusunda onlayn seminar keçirilib.

AzEdu.az xəbər verir ki,UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsinin müdiri Rəna Hüseynova mövzunun aktuallığından danışıb. UNEC-də bu istiqamətdə fəaliyyət göstərən tədqiqat mərkəzində araşdırmaların aparıldığını diqqətə çatdıran R.Hüseynova əldə olunan nəticələrin ictimaiyyətə açıqlandığını vurğulayıb.

Almaniyanın Bohum Ruhr Universitetinin beynəlxalq inkişaf elmləri üzrə fəlsəfə doktoru Dr.Elxan Sadıxzadə bildirib ki, dünya ölkələrində kriptovalyuta fenomeninin daha əvvəllər gündəmə gəlməsinə və önəmli bir ticarət obyektinə çevrilməsinə baxmayaraq, Azərbaycanda bu məsələ son bir neçə ildə aktuallaşmağa başlayıb. Kriptovalyutanın yalnız onlayn şəkildə mövcud olan blokçeyn texnologiyasına əsaslanan bir sistem olduğunu vurğulayan məruzəçi e-ticarət sektorunun ən böyük problemlərindən birinin ödəniş üsullarında təhlükəsizlik məsələsi olduğunu və kripto aktivlərin əsasən blokçeyn texnologiyası ilə yaradıldığını nəzərə alsaq, onların kiberhücumlara qarşı daha davamlı olduğunu bildirib.

Məruzəçi bəzi ölkələrdə bitkoin ticarətinə və bitkoin ilə əməliyyatlara icazə versə də, bəzi ölkələrdə bu çox sərt qaydalarla qadağan edildiyini və ya məhdudlaşdırıldığını deyib.

Seminar UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsinin rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanıb.