Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-18 11:48:00
AMEA professorunun 2 milyon manatını mənimsəyən şəxslərə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə təqsirləndirilən Qulu Muxtarov və Sahil Abuşovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

AzEdu.az xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə Qulu Muxtarov 8 il 6 ay, Sahil Abuşov 7 il 6 ay müddətinə azadlıqdan mərhum ediliblər.

 

Qeyd edək ki, ötən prosesdə prokuror təqsirləndirilən şəxslərin hər birinin 9 il 6 ay müddətinə azadlıqdan mərhum edilməsini istəyib.

 

İttihama görə, AMEA əməkdaşı, professor Soltan Əliyev Səadət Xəlilov, Qulu Muxtarov və Sahil Abuşova ümumilikdə 2 milyon manata yaxın sələm verib.

 

Təqsirləndirilən Qulu Muxtarov vaxtilə Bakı Şəhər Baş Polis İdarəsində əməliyyat müvəkkili işləyib. Hüquq-mühafizə orqanlarından təqaüdə çıxdıqdan sonra Beynəlxalq Bankın rəhbəri olmuş Cahangir Hacıyevin mühafizəçisi işləyib.

 

Qeyd edək ki, cinayət işində adı hallanan Səadət Xəlilovun cinayət işi ayrıca icraata götürülüb. Bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səadət Xəlilov 9 il azadlıqdan məhrum olunub.

 

Trend.az