Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-30 12:47:00
Bağçalarda qeydiyyatla  bağlı ən çox rast gəlinən problemlər – Bitməyən valideyn şikayətləri

 

Uşaqların bağçaya qəbulu “Məktəbəqədər təhsil müəssisələrinə (bağçalara) elektron sənəd qəbulu sistemi” (www.bq.edu.az) vasitəsilə həyata keçirilir.

 

Valideynlərin əksəriyyəti övladlarını bağçalara qəbul olmamasından  şikayətlənir

 

Məsələ ilə bağlı valideynlərin ən çox şikayətləndirkləri məqamları və AzEdu.az-a daxil olan şikayətlərin bir qismini təqdim edir:

 

"Bağçaya qəbul saytına giriş etmək olmur"

 

"Mən uşağı bağçaya qoymaq istəyirəm amma alınmır. Onlayn qaydada qeydiyyatdan keçə bilmirəm".

 

"Uşaq bağçaya qəbul olunub, amma, hələ sənədləri aparmamışıq ki, təsdiqlənsin, amma uşağın ərizəsi təsdiqlənib. Bu necə ola bilər?

 

"Bağçaya qəbul üçün https://bakibagcayaqebul.edu.az/ bu link qeyd olunub. Amma bu linkə daxil olunan zaman sayt açılmır"

 

Valideynlərin bir qismi bağçanın cavablarının gəlmədiklərini  bildirirlər:

 

"Mən iyun ayının 5-də bağçaya  qeydiyyatdan  keçmişəm. Hələ də uşağa heç bir cavab gəlməyib. Öncədən aprel ayında getmişdik bizə deyildi ki, qəbul yalnız elektron formada aparılır. Əyani formada övladınızı bağçaya qəbul edə bilmərik. Biz də elektron qeydiyyatdan keçdik, amma,  hələ də  heç bir cavab göndərilməyib"

 

 

Digər valideyn isə məktəbəqədər təhsil müəssisəsində boş yerlərin  olduğu halda uşağın qəbul olmadığından şikayətlənir:

 

 

"Nə vaxtdır, övladımı bağçaya qeydiyyatdan keçirmişəm və oğlum üçün növbə götürmüşəm. Amma hələ də  bir məlumat gəlməyib".

 

Uşaqların məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılması prosesi iyulun 22-dən başlamış və proses sentyabrın 14-də qrupların komplektləşdirilməsi səbəbilə müvəqqəti dayandırılmışdı. Qrupların komplektləşdirilməsi prosesi bitdikdən sonra elektron qəbul sistemi yenidən aktiv olacağı və ilboyu boş yerlərə qəbul aparılacağı bildirilmişdi.

 

Onu da qeyd edək ki, elektron ərizəsi qeydiyyata alınan şəxslər üçün sənədlərin məktəbəqədər təhsil müəsisəsinə təqdim olunma müddəti uşağın sorğusu qəbul edildikdən sonra 15 iş günü ərzində həyata keçirilir.

 

 

 

 

Gülcahan Məmmədova
Müəllifin digər yazıları