Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-27 14:14:00
“AMEA-nın keçmiş institutlarındakı bəzi alimləri yola salmaq lazımdır”-Hamlet İsaxanlı

 

 

Son günlər elm sahəsinin əsas gündəmi akademik  İsa Həbibbəylinin Azərbaycan Milli Elmlər Akademiyasının   yeni prezidentinin seçilməsi və AMEA-nın nizamnaməsinin qəbul edilməsi ilə bağlıdır.

 

 

AMEA-da son baş verən dəyişiklər onun gələcək taleyi üçün nə vəd etməsi ilə bağlı AzEdu.az-a danışan  Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı yenilikləri Azərbaycan elmi üçün müsbət qiymətləndirib:

 

“AMEA-da prinsipcə kəskin dəyişmələr baş verdi, hazırda akademiya əvvəlki üslubu ilə fəaliyyət göstərmir. Onun böyük hissəsi, xüsusən də, təbiət və dəqiq elmlər profilli institutları  Elm və Təhsil Nazirliyinin tərkibinə verilib. Biz hazırda həmin institutlarla sıx əməkdaşlıq edirik, hər gün onlarla yeni müqavilələr bağlayır və iş birliklərini həyata keçiririk”.

 

O, Elm və Təhsil Nazirliyinin tərkibinə verilən institutların taleyinə aydınlıq gətirib:

 

Akademiyanın humanitar və sosial elmlər hissəsi, ədəbiyyat, dilçilik, tarix və fəlsəfə istiqaməti onun öz tərkibində qalıb. Bu sahələrin tanınan mütəxəssisi olan İsa Həbibbəyli  oranın prezidenti seçildi. Onunla  geniş əməkdaşlıq planlarımız var. Akademiklər heç yerə getməyib, hamı yerindədir, iş birliklərimiz davam edir. Elm və Təhsil Nazirliyinə keçən institutlar gələcəyi ilə bağlı  düşüncə və fikirlər formalaşmaqdadır. Düşünürəm ki, həmin institutlar ali məktəblərlə çox sıx yaxınlıq etməli və onlar bir-birlərinin təcrübələrindən yararlanmalıdılar. Prinsip etibari ilə bu mərkəzlərdə çalışan alimlərdən  daha çox  elmlə məşğul olanları saxlamaq, digərlərini isə yola salmaq və yeni tənzimləmələr aparmaq lazımdır”.   

Şükufə Süleymanlı
Müəllifin digər yazıları