Azedu.az

Bağçalara işə qəbul üzrə  keçid balı AÇIQLANDI - Minimal tələb 

Bağçalar

10 Oktyabr 2022, 10:44
Bağçalara işə qəbul üzrə  keçid balı AÇIQLANDI - Minimal tələb 

Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqə üçün minimum keçid balı 35 müəyyənləşdirilib.

 

AzEdu.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən xəbər verilib.

 

Bildirilib ki, minimum tələbi ödəyən bütün namizədlər müsahibə mərhələsində iştirak edəcəklər.

 

Namizədlər müsahibədən öncə psixoloji testə cəlb olunacaqlar. Müsahibə zamanı namizədlərin nitq, kommunikasiya və təlimin təşkili bacarıqları, peşəyə yanaşma və dəyərləri müvafiq komissiya tərəfindən yoxlanılacaq.

 

Qeyd edək ki, test imtahanı və müsahibə nəticəsi nəzərə alınaraq, namizədlərin vakant yerlərə yerləşdirilməsi həyata keçiriləcək.

İran Bakın belə HƏDƏFƏ ALDI - Bu dəfə nəyə hazırlaşırlar?
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox