Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-05 17:19:53
“Şagird özünü asmayıb, qıcolma nəticəsində vəfat edib”- Regional İdarədən AÇIQLAMA

 

Ağcabədi rayonunun Hüsülü kəndində 2010-cu il təvəllüdlü şagirdin intihar etməsilə bağlı informasiya yayılıb.

 

Məlumata əsasən, yaşadığı evin həyətində özünü asaraq həyatına son verdiyi bildirilir.

 

Məsələ ilə bağlı Qarabağ Regional Təhsil İdarəsində AzEdu.az-a bildirilib ki, şagirdi intihar etməyib, sürü otararkən qəfil keçirdiyi qıcolma (sudurğa) nəticəsində vəfat edib.

 

Hadisənin Ağcabədi rayonunun Təzəkənd kəndində baş verdiyi, şagirdin də həmin kənd məktəbinin 6-cı sinif şagirdi olduğu qeyd edilib. Həmçinin şagirdin sağlamlığı ilə bağlı müəyyən problemlərin olduğu söylənib.