Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-21 19:00:00
  MİQ-ə hazırlaşan müəllimlərin çoxdan gözlədiyi vəsait çap olundu-Uğur bu topluda

 

 

Azedu Təhsil Portalı və Bələdçi Tədris Mərkəzinin ortaq məhsulu olan    “İnformatika bələdçisi” kitablar toplusunun müəllim hazırlığı üçün nəzərdə tutulan nümunələri  çapdan çıxdı.

 

Özündə bir neçə yeniliyi, müəllim və müəllim namizədlər üçün çox vacib məqamları əks etdirən toplu bir neçə cilddən ibarətdir.

 

Toplunun Müəllimlərin işəqəbulu üzrə müsabiqənin test mərhələsinə hazırlıq üçün nəzərdə tutulan cildi Elm və Təhsil Nazirliyinin proqramına əsasən hazırlanıb.  Nəzəri müddəaları əks etdirən cildlə bərabər sırf test tapşırıqlarından ibarət olan cild də xüsusi faydalılığı ilə seçilir.

 

Müəlliflər heyəti kitabda müəllim namizədlər  üçün hava-su kimi gərəkli sayılacaq, öyrənmələrini  xeyli asanlaşdıracaq xüsusi illüstrasiya və qrafiklər, sxem və diaqramlardan da istifadə ediblər.

 

AzEdu Təhsil Portalının da tövsiyə və təşkilati dəstəyi ilə hazırlanan toplunun ikinci cildi isə sırf test materiallarından ibarətdir. “Testlər” adlanan cild də müəllim namizədlər  üçün nəzərdə tutulub.

 

 

4 cilddən ibarət olan “İnformatika bələdçisi”nin müəllifləri informatika sahəsində tanınmış mentor və müəllimlər – Tural Sofuyev, Fərid Fərəcli, Şəbnəm Kərimli, Səadət Məhərrəmova və Gülnur Tanrıverdidir.

 

Müəlliflər heyətinin rəhbəri Tural Sofuyev kitab barəsində bunları qeyd edir:

 

Vəsait  Elm və təhsil Nazirliyinin MİQ imtahanı üzrə tərtib etdiyi  nəzəri  qrafik hissələrdən ibarətdir. Bundan əlavə kitabda  2014-cü ildən, cari ilə qədər olan 5 minə yaxın  test nümunələri vardır. Vəsait çox sadə dildə yazılıb.

 

Ölkəmizdə magistratura və Dövlət quluğu ilə bağlı vəsaitlər çoxdur. "İnformatika bələdçisi"MİQ vəsaiti 2015-ci ildən bu yana  Elm və təhsil Nazirliyinin proqramını və sinif dərslikləri əsasında yazılmış yeganə kitabdır. Vəsait istifadəyə verildikdən sonra yüzlərlə müdavim  bu kitabdan istifadə edib.

 

Həmçinin hazırlaşa bilməyən müdavimləri test toplusunun izahlarına baxaraq, bilmədiklərini asanlıqla öyrənə bilirlər. Ayrıca vəsaitin 3 hissəsi olan, "imtahan bələdçisi" sınaqlar toplusu 2014-cü ildən bugünə qədər MİQ-də istifadə olunan testlər öz əksini tapıb.

 

Qeyd edək ki, "İnformatika bələdçisi”  kitabi ilə hazırlaşan müəllim keçən il  respublika ikincisi olub. Kursumuz üzrə ən yuxarı göstərici 87.15 bal olub”.

 

Müəllim namizədlər  üçün hava-su kimi zəruri olan, məhdud sayda çap edilən kitabı əldə etmək istəyən bu nömrələrlə əlaqə saxlaya bilər. Qeyd edək ki, kitabın qiyməti 15 AZN-dir.

 

 

Əlaqə nömrələri:

 

070-213-33-33

 

055-329-48-78

 

 

Gülcahan Məmmədova
Müəllifin digər yazıları