Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-15 17:35:00
Kənd məktəbinin direktoru haqqında iddia: Atadan biabırçı addım

 

Yardımlı rayonunda ata qızını digər qızının məktəb direktoru olan həyat yoldaşı ilə evləndirmək istəyib.

 

AzEdu.az xəbər verir ki, bu barədə "Təmiz Dünya" Qadınlara Yardım İctmai Birliyi nəzdində fəaliyyət göstərən qadın və uşaq sığınacağı məlumat yayıb.

 

Məlumatda deyilir:

 

“Yardımlı rayonundan qadın ayaqyalın Bakıya gəlib.Danışdıqları ilə isə biz ilk dəfədir qarşılaşırıq.Demək qadın 3 il evli olub sonra ayrlıb və atasının evinə gəlib.Ata qızını bir müddət saxladıqdan sonra digər qızının evli olduğu şəxsə ərə vermək istəyib.Evləndirmək istədiyi şəxs isə Yardımlı rayon Alvana kənd məktəbinin direktoru vəsifəsində çalışır.Ata qızına bildirib ki,bacın (məktəb direktoru ilə) evlidir ona yaxşı baxır sənə də yaxşı baxacaq,imkanı yaxşıdır sən də onunla evlənməlisən..Məktəb direktoru qıza məcburi kəbin kesdirib,qızın boynundakı kəlağayı ilə onu boğaraq evə gəlməsini "Səninlə kəbin üçün 40 manat vermişəm mən"deyərək evinə aparmaq istəyib.Bundan əlavə Yardımlı rayon polisinin şöbəsinin əməktaşı,ataya,və qızın qardaşına qızın sığınacaqda olduğunu və qızı orda tapa biləcəkləri barədə məlumatlar verib.Hazırda qadının atası,qardaşı qadının evə qayıtması üçün təyziqlər edirlər.Binəqədi Rayon Polis idarəsi sağolun ki,qadınla dərhal məşğul olub,ilkin qida və geyimlə təmin edib sığınacağa gətirdiz.Ancaq Yardımlı polisi,Ailə Qadın Uşaq Problemləri Üzrə Dövlət Komitəsi,Təhsil Nazirliyi,və aidiyyatı qurumlar bu məsələni araşdırmağınızı,ciddi tədbir görməyinizi xahiş edirik”.

 

Həmçinin məktəb direktoru və qızın qardaşı sığınacağa getmədiklərini,təyziq etmədiklərini və bu məlumatların böhtan olduğunu qeyd ediblər.