Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-14 18:23:00
TAM FƏRQLİ dərsliyin müəllifləri-müəllimsiz də hazırlaşmaq olacaq

Azedu Təhsil Portalı və Bələdçi Tədris Mərkəzinin ortaq məhsulu olan “İnformatika bələdçisi” kitablar toplusu çapdan çıxıb.

 

Toplunun abituriyentlərin ali məktəblərə hazırlığı üçün nəzərdə tutulan birinci cildi Dövlət İmtahan Mərkəzinin İnformatika fənni ilə bağlı hazırladığı qəbul proqramına tam uyğun şəkildə hazırlanıb və nəzəri müddəaları əks etdirir.

 

“İnformatika bələdçisi” kitablar toplusu müəlliflərindən olan Səadət Məhərrəmova abituriyentlərin informatika fənni üzrə imtahana hazırlaşacaqları vəsaitin olmadığı görərək, kitabı yazmağa başladıqlarını bildirdi.

 

"Bildiyiniz kimi artıq 2023-cü ildən abituriyentlər informatika fənnindən imtahan verəcəklər. Uzun illər şagirdlər informatika fənnindən imtahan vermədikləri üçün ona dırnaqarası yanaşırdılar. Amma müasir dövrümüzün tələbləri informatika fənninin vacibliliyini bir daha sübut edir. Sevindirici haldır ki, artıq abituriyentlər informatika fənnindən imtahan verəcəklər.

 


Azərbaycandaelə bir informatika kitabı yox idi ki, abituriyentlər imtahana bu vəsaitlə hazırlaşsınlar. Ona görə də, informatika müəllimləri ilə birlikdə “İnformatika bələdçisi” kitablar toplusunu hazırladıq.

 

 

İKT müəllimi AzEdu.az-a kitabın abituriyentlərə faydasından danışıb.

 

 

“İnformatika bələdçisi” kitablar toplusunu DİM-in hazırladığı proqram və təqdim etdiyi sual nümunələrinə əsasən tərtib edilmişdir. Abituriyentlər bu kitab vasitəsi ilə qəbul imtahanına rahat bir şəkildə hazırlaşa bilər. Kitab birbaşa olaraq çətin tipli suallardan və mövzulardan başlamır.“İnformatika bələdçisi” kitablar toplusunda mövzular abituriyentlərin daha tez qavaraması üçün, sadədən mürəkkəbə doğru sadalanır.

 

 

" “İnformatika bələdçisi” kitablar toplusunda bütün mövzular ardıcıllıqla tərtip edilib".

 

 

"Bildiyiniz kimi bir çox abituriyentin bu fənn üzrə bilikləri yox dərəcəsindədir. Ona görə də, onlara dərslər hissələrə ayrılaraq keçirməlidir. “İnformatika bələdçisi” kitablar toplusunda, müəllim mövzuları asan şəkildə alt hissələrə bölə bilər.

 


Biz informatika fənni üzrə başqa kitabları incələsək, görərik ki, misal üçün 1dən-10a qədər olan testlərdə bir çox mövzuya aid sualların salınıb. Bu halda müəllim abituriyentlərə ev tapşırığı verə bilmir və abituriyent mövzunu yaxşı mənimsəyə bilmir".

 


"Abituriyent müəllimə əhtiyac duymadan “İnformatika bələdçisi” kitablar toplusu vasitəsi ilə özü hazırlaşa bilər".

 


“İnformatika bələdçisi” kitablar toplusu məktəb dərsliklərində keçirilən mövzular habelə, DİM tərəfindən verilər proqram və sual nümunələri əsasında hazırlandığı üçün eyni anda bir nəçə vəsaiti özündə cəmləşdirir. Bu isə kitabın abituriyentlər üçün nə qədər yararlı olacağını sübut edir. Kitabın müəllifləri olaraq, hazırlaşa bilməyən abituriyentlətidə nəzərə alaraq izahlar verilib. Abituriyent müəllimə əhtiyac duymadan “İnformatika bələdçisi” kitablar toplusu vasitəsi ilə özü hazırlaşa bilər. Bu kitabın "Mən informatika fənnini öyrənə bilmirəm", "Müəllimim yaxşı deyil" kimi bəhanələrin aradan qaldıracağını düşünürəm. “İnformatika bələdçisi” kitablar toplusunu önəmini 2023 ildə keçiriləcək imtahandan sonra bir daha əmin olacayıq".

 

“İnformatika bələdçisi” kitablar toplusu müəlliflərindən Gülnur Tanrıverdi vəsaitdəki QR-kodlarla bağlı məlumat verib.


"Bütün mövzular tam aydın şəkildə izah olunub. “İnformatika bələdçisi” kitablar toplusu bütün mövzulara uyğun şəkillər mövcuddur. Bu isə abituriyentin mövzunu daha yaxşı mənimsəməsinə kömək edəcək. Kitab DİM tərəfindən verilər qəbul proqramı əsasında hazırlanmışdır. Bundan əlavə testlər toplusunun hər mövzuya aid test suallarının sonunda xüsusi QR-kodlar var ki, abituriyent həmin QR-kodlarla testləri onlayn şəkildə həll edə bilərlər .

 

 

Bildirək ki, AzEdu Təhsil Portalının da tövsiyə və təşkilati dəstəyi ilə hazırlanan toplunun ikinci cildi isə sırf test materiallarından ibarətdir. “Testlər” adlanan cild də abituriyentlər üçün nəzərdə tutulub. Nəzəriyyə cildindəki bütün mövzuları əhatə edən Testlər toplusunun da özəlliyi burada hər mövzuya aid test suallarının sonunda xüsusi QR-kodların olmasıdır. Abituriyent həmin QR-kodlardan yararlanmaqla testləri onlayn şəkildə də yerinə yetirə bilər.

Gülcahan Məmmədova
Müəllifin digər yazıları