Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-09 16:11:00
Sertifikasiya nələri dəyişəcək? – Vəziyyət niyə qəlizdir?-NARAZILIQ

 

 

"Sertifikasiya prosesinin bir islahat kimi həyata keçirilməsi  təhsil sistemimizdə hər hansı bir gözlə görüləcək dəyişiklər yaratmayacağı kimi, dolayı da olsa,  ölkənin də iqtisadi-sosial həyatında hər hansı müsbət dəyişikliklərə  gətirib çıxarmayacaq. Halbuki, bütün dünyada təhsilin inkişafı  dövlətin bütün çalarlarında inkişafa xidmət edir".

 

Bunu AzEdu.az-a açıqlamasında sabiq deputat, tanınmış pedaqoq Sona Əliyeva deyib.

 

Azərbaycan müəllimlərinin özləri ilə bağlı verilən qərarlarda heç bir söz haqqının olmadığını vurğulayan S.Əliyeva bununla bağlı təəssüfünü dilə gətirib:

 

"Ola bilsin ki, əməkhaqqlarının differensiallaşdırılması tətbiq  olunsun, lakin, dünyada və paralel olaraq ölkəmizdə gedən bahalaşma və inflyasiya fonunda Elm və Təhsil Nazirliyinin ölkə reallıqlarından uzaq addım atacağını düşünmürəm. O ki, qaldı sertifikasiya prosesinin başlanmasına, onsuz  da Azərbaycan müəllimləri onlarla bağlı verilən qərarlarda heç bir söz haqqına sahib deyillər. Təəssüf ki, davamlı olaraq, pedaqoqların, dəyərli təhsil ziyalılarının və işçilərinin rəyi nəzərə alınmadan, müəllim kütləsini narazı salan müzakirəsiz və mübağiləsiz  qərarlar verilən”müasir”  idarəetmə yanaşması sərgilənməkdədir. Və hələ də ana təhsil fəlsəfəmiz formalaşmadığından, təhsil sisteminin boşluqları bu və digər formada “yeniliklərlə” yamanmağa çalışılır ki, bu da yaxşı təqdim edilmiş statistikadan və ümumi işə faydası olmayan fəaliyyətlər toplusundan başqa bir şey deyil.

 

Günün reallığında isə müəllim şagirddən daha çox oxuyur, mütaliə edir və imtahan verir...

 

Niyəsinin cavabı başqa müzakirələrin mövzusudur və sonda bu sualları mürəkkəbdən sadəyə yox, sadədən mürrəkkəbə sıralamaq lazımdır. Təhsil sistemimizdə də keyfiyyəti yenidən yaratmağa çalışsaq məhz  sadədən başlamaq məcburiyyətindəyik, başqa cür alınmayacaq....".

 

Pedoqoq son olaraq, "Bu ölkənin vəsaitləriini yerli-yersiz qərar və islahatlar fonunda israf etməyə isə heç kimin haqqı yoxdur" -deyə bildirib.

 

"Ölkə başçısının dediyi kimi, bizim əsas məqsədimiz insan kapitalı yetişdirməkdir, o da,  bu ölkəni gələcəyə daşısın. Nə qədər buna nail oluruq, məncə bu suala uzaqda deyil, facebook sosial şəbəkəsini yaxşı təhlil etməklə cavab tapa bilərsiz...".

Gülcahan Məmmədova
Müəllifin digər yazıları