Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-29 15:31:13
AMEA-da bəzi strukturların müstəqilliyinin əlindən alınması yaxşı haldır- Fəlsəfə doktoru

Mediada səslənən fikirlərin bəzilərini dəstəkləyirəm. AMEA-nın daxilində dəqiq və təbiət elmləri kimi strukturların müstəqilliyinin əlindən alınması yaxşı oldu.Çünki, bəzi direktorlar var idi ki, elmin inkişafını yox, öz şəxsi maraqlarını düşünürdülər.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev deyib

 

"Mən şəxsən, Elm və Təhsil Nazirliyinin yaradılmasını müsbət qarşılayıram. AMEA-nın ləğv olunmaması isə çox düzgün addımdır. Çünki AMEA-nı ləğv etmək Azərbaycan elm tarixini ləğv etmək deməkdir".

 

Zaur Əliyev AMEA bağlı narazılığını bildirib:

 

"Gəlin, açıq danışaq. Bəzi instutlar işləmirdilər. Məsələn, Texnofestdə AMEA-nın heç bir institutu yer qazana bilmədi. Bu bilirsiz nə deməkdir? Bu faciədir... Texnofest kimi festivalda Azərbaycan alimlərinin texniki və təbiət üzrə heç bir uğuru olmadı. Hesab edirəm ki, AMEA-nın qorunub saxlanılması ideoloji mərkəz olaraq onun ciddi fəaliyyətə başlamasına təkan verəcək".

 

AMEA-da yaxşı işləyən sahələrdə var. Bunu nəticələ baxanda görmək olur. Amma bunlar tam olaraq bizim istədiyimiz nəticə deyil.

 

"Bəzən ictimai-humanitar bölməyə sual verirlər ki, sizin ixtiranız az olub. Ama, insanlar anlamır ki, ictimai-humanitar bölmə ixtira etmir, tədqiqat aparır, əsər yazır, ideoloji işlərlə məşğuldur. Amma, bir tərəfdən də haqlıdırlar ki, fizika, kimya, neft kataloza, radiasiya və digər institutlar heç bir nəticə oraya qoymayıb və bizim adımız heç bir yerdə səslənmir. Elm və Təhsil Nazirliyindən gözləntim odur ki, bu sahələr üzrə yüksək inkişaf olsun".

Gülcahan Məmmədova
Müəllifin digər yazıları