https://modern.az/ http://www.position.az/
2022-07-27 10:24:00
Paytaxt üzrə 69 layihə qalib olub

Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsində paytaxt üzrə 69 layihə qalib olub. Onlardan 24-ü ümumi təhsil müəssisələri kateqoriyası, 45-i isə fərdi layihələr kateqoriyası üzrə fərqlənib.

 

Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrindən 143, 232, 271, 37, 53, 96, 194, 82, 302, 72, 214, 158, 229, 7, 27, 61, 182, 279, 255, 328, 212 nömrəli tam orta məktəblər, Məktəb-Lisey Kompleksi, Texniki-Humanitar Lisey və 16 nömrəli Texniki-Humanitar Liseyinə məxsus layihələr ümumi təhsil müəssisələri kateqoriyası üzrə qaliblər sırasındadır.

 

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlər tərəfindən 45 layihə isə fərdi layihələr kateqoriyası üzrə qalib gəlib.

 

Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinə təqdim edilən layihələr “Məktəb-icma münasibətlərinin təşəkkülü və inkişaf etdirilməsi”, “IX və XI sinif şagirdlərində imtahan öncəsi stresin aradan qaldırılması”, “Sağlam və təhlükəsiz yeniyetməlik dövrü”, ““Səriştəli müəllim”-yeni işə qəbul olunmuş müəllimlərin adaptasiya proqramı”, “Orta məktəblərdə sağlamlıq və təhlükəsizlik mədəniyyəti”, ““Texnoloji gələcəyi qur”-mühəndislik və robototexnika laboratoriyası”, “Seçilmiş 12 orta ümumi təhsil məktəbində təkmil psixoloji işin təşkili” və digər mövzuları əhatə edib.

 

Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən həyata keçirilən təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqələrinin keçirilməsinin əsas məqsədi təhsil müəssisələri, eləcə də təhsilverənlər arasında sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.