Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-26 16:29:00
Tələbə köçürülməsi zamanı rast gəlinən problemlər – “Narahat olmasınlar”

 

 

“Köçürülmə prosesinin başlamasında qısa zaman keçsə də, artıq 1000-dən çox müraciət var”

 

AzEdu.az xəbər verir ki, bunu Təhsildə keyfiyyətin Təminatı Agentliyinin Kvalifikasiyaların tanınması departamentininin direktoru Nicat Əsədli qeyd edib.

 

Direktor qeydiyyat zamanı tələbələrin üzləşə biləcəyini texniki problemlərlə bağlı xəbərdarlıq edib:

 

“Tələbələr qeydiyyat zamanı “sənədlər düzgün daxil edilmədi”, “universitetlə əlaqə saxlayın” kimi qırmızı şriftlərlə problemlə üzləşsələr, narahat olmasınlar. Bu serverlə bağlı problemdir. Belə olan halda bizimlə qaynar xətt vasitəsilə əlaqə saxlasınlar, problemin həllinə çalışılacaq”