Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-23 13:34:00
“Müəllimlər maaşın ümidinə  qalsalar, çətinliklə yaşayarlar” –Repetitorluq problemi

 

 

"Nazirdən fərqli olaraq düşünürəm ki, repetitorlar abituriyentlərin göstəricilərinə çox güclü təsir edir".

 

Bu sözləri AzEdu.az-a açıqlamasında tanınmış pedaqoq, ADPU-nun dosenti  İlham Əhmədov deyib.

 

"Nazirlik repetitorluğun ləğvi haqqında düşünməli, xüsusən yuxarı siniflərdə normal tədrisi  ( 30 il əvvəl olduğu kimi),   yenidən  qurmalıdır.

 

Repetitorluq məktəbdə təhsil sisteminin çökməsinə xidmət edir.  Ölkəmizdə elə bir fikir formalaşıb ki , repetitor yanına getməyən abituriyentin universitetə qəbul olma şansı yoxdur.  Hər şagirdin 2 il repetitorların yanına getməsi  ailə üçün  10.000 -15.000 manat itkidi.  Ola bilər ki, şagird  zəif olduğu bir fəndən  repetitora müraciət etsin. Lakin elə abituriyentlər olur ki, 9-cu sinifə kimi heç nə oxumurlar, sonra isə repetitorlara müraciət edirlər . Belə olduqda  təhsilin keyfiyyətindən söhbət  gedə bilməz.

 

Sonda  o qeyd edib ki, "repetitorluğun ən yaxşı cəhəti müəllimin maddi vəziyyətinin yaxşılaşdırlmasına xidmət etməsidir. Çünki müəllimlər onlara verilən maaşın ümidinə qalsalar, çox çətinliklər yaranar".

 

Gülcahan Məmmədova
Müəllifin digər yazıları