Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-20 09:00:00
Universitetlərimizin vəziyyətdən çıxması üçün atacağı  zəruri addımlar- Xaricilər bu cür gətirilməli - TƏKLİFLƏR

 

“Hesab edirəm ki, əcnəbi tələbələrin yerli ali təhsil müəssisələrimizə cəlb edilməsi üçün universitetlərimizin beynəlxalq sərgilərdə iştirakı da çox önəmlidir”.

 

AzEdu.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov “Əcnəbi tələbələrin Azərbaycan universitetlərinə cəlbi: problemlər və həll yolları” mövzusunda keçirilən dəyirmi masada səsləndirib.

 

Deputat xarici ölkələrdəki nümayəndəliklərimizin də bu istiqamətdə çalışmalı olduqlarınızı qeyd edib:

 

“Türkiyənin demək olar ki, hər iri  şəhərində universitetlər var. Onlardan bəziləri nüfuzlu, inkişaf etmiş ali təhsil müəssisəsi olsa da, bəziləri hələ o qədər də tanınmır. Yerli universitetlərimiz arasında kifayət qədər potensiala malik olanlar var, onlar bu kimi sərgilərdə iştirak edə bilərlər. Həmçinin, xarici ölkələrdəki səfirliklərimiz və diaspor təşkilatlarımız da bu istiqamətdə fəal çalışmalıdırlar. Məsələn, bildiyim qədərilə son zamanlar ADA, UNEC, Bakı Ali Neft Məktəbi, Bakı Mühəndislik Universiteti kimi ali təhsil müəssisələrimizdə  əcnəbi tələbələrin sayı artmaqdadır. Ancaq bu istiqamətdə daha çox çalışmalı, universitetələrimizin təbliğatını aparmalıyıq. Bu gün ölkəmiz yüksək turizm potensialına malikdir. Xarici ölkələrdə yerləşən səfirliklərimizin, təhsillə məşğul olan qurum və təşkilatlarımız da bunun bağlı bir sıra addımlar atmalıdırlar ki, biz məqsədlərimizə nail ola bilək”.

 

O, diplomların tanınması və xarici ölkələrdə akkreditasiya məsələsinin vacibliyini qeyd edib:

 

“Burada başqa bir məsələ də diplomların tanınması ilə bağlıdır. Biz zaman-zaman bu məsələ ilə bağlı fikirlərimizi bildirir, mövzunu diqqət mərkəzinə gətiririk, yerli universitetlərimiz də öz mövqelərini qeyd edirlər. Amma universitetlərimiz özləri də çalışmalıdırlar ki, ayrı-ayrı ölkələrdə akkreditasiyanı qeyd edə bilsinlər. Məsələn, Türkiyədə bu sistem var, universitet rəsmi qeydiyyatdan keçməlidir. Xarici universitetlər ali təhsilə nəzarət edən qruma müraciət edərək, bu məsələni həll edə bilərlər. Ali təhsil müəssisələrinin özləri də buna maraqlı olmalıdırlar”.

 

Deputat universitetlərin özlərinin də bu istiqamətdə maraqlı olmasının zəruruliyini nəzərə çatdırıb:

 

“Bu gün dünyanın əksər ölkələri əcnəbilərdən çox böyük vəsait qazanır. O baxımdan biz qeyd etdiyimiz keyfiyyət, məzmun, proqramlar, yataqxana və digər məsələləri həll edərək, daha çox tələbəni ölkəmizə gətirə bilərik. Sadəcə bunun üçün çalışmaq, daha çox addımlar atmaq lazımdır. Bir-birinə bağlı kompleks məsələlər var ki, onlar da araşdırılaraq öz həllini tapmalıdır. Bir daha qeyd edirəm ki, universitetlər özləri də buna maraqlı olmalıdırlar. Biz bu istiqamətdə regionda imkanlarımız genişdir. Yəni biz Orta Asiyadan, keçmiş sovet respublikalarından da əcnəbi tələbələri cəlb edə bilərik”.