Azedu.az

Türkiyəli professorlar UNEC-də yeni fənlər üzrə təlimlər keçirirlər  

Ali təhsil

9 İyun 2022, 16:17
Türkiyəli professorlar UNEC-də yeni fənlər üzrə təlimlər keçirirlər  

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2022/2023-cü tədris ilinin payız semestrində yeni tədris olunacaq 50 fənn üzrə dördüncü təlim proqramı keçirilir.

 

UNEC-dən AzEdu.az-a bildirilib ki, təlim proqramında 400 nəfər UNEC əməkdaşı ilə yanaşı, Odlar Yurdu Universitetinin, Əmək və Sosial Münasibətlər Akademiyasının, Dövlət Gömrük Komitəsinin Akademiyasının və Qərbi Kaspi Universitetinin əməkdaşları da iştirak edirlər.

 

Təlimlər Türkiyənin Hacettepe, İstanbul, Ankara, Yıldız Texniki, Mərmərə, Uludağ, Qazi, İstinye, Artvin Çoruh universitetlərindən dəvət edilmiş professorlar tərəfindən 30 saatlıq proqram üzrə həyata keçirilir.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox