ADNSU Azİİ e-Kitab Evinin fonduna “Xalq Əmanəti” layihəsi ASC “Xalq” Bankı tərəfindən kitablar hədiyyə olunub.
AzEdu.az xəbər verir ki, 2010-cu ildən etibarən həyata keçirilən bu layihə xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədini daşıyır.
Azərbaycan, ingilis və rus dillərində işıq üzü görən nəşrlər ölkənin ali və orta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və Azərbaycan xaricində faəliyyət göstərən səfirlik və konsulluqlarına, eləcə də sənətsevərlərə hədiyyə olunur.Maraqlananlar Azİİ e-Kitab Evinə müraciət edə bilərlər.
Kitabxanaya daxil olmuş yeni nəşrlər aşağıdakı kitablardır: