Azedu.az

Türkiyənin Sakarya Universitetinin nümayəndə heyəti UNEC-də olub-FOTO

Ali təhsil

4 İyun 2022, 11:54
Türkiyənin Sakarya Universitetinin nümayəndə heyəti UNEC-də olub-FOTO

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Sakarya Universitetinin nümayəndə heyətinin görüşü baş tutub. 

 

AzEdu.az xəbər verir ki, tədbirdə UNEC-in rektoru professor Ədalət Muradov qonaqlara universitetin tarixindən, beynəlxalq əlaqələrindən, o cümlədən, Türkiyə universitetləri ilə əməkdaşlıq münasibətlərindən danışıb. Həmçinin universitetdə yeni görülən işlər, tədris prosesi, qəbul statistikası barədə ətraflı məlumat verib, yaradılan hibrid auditoriyaları, UNEC şəhidlərinin Memorial Kompleksini qonaqlara göstərib.

 

Sakarya Universitetinin rektoru prof. Dr. Fatih Savaşan təmsil etdiyi ali təhsil müəssisəsi barədə danışaraq, UNEC ilə əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduqlarını bildirib.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox