Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-02 10:00:00
Çində sinif otağında zəlzələnin baş verdiyi anın görüntüləri yayılıb-VİDEO

 

Çinin qərbindəki Sıçuan əyalətində 6.1 bal gücündə zəlzələ baş verib.

 

Zəlzələnin baş verdiyi an əyalətdə yerləşən məktəblərin birində videomüşahidə kameralarında əks olunub.

 

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, görüntülərdə təşvişə düşmüş onlarla məktəblinin partanın altında gizlənmələri və müəllimin göstərişi ilə əlləri başlarının üstündə sürətlə sinifdən qaçmaları müşahidə olunur.

 

Çin Zəlzələ Şəbəkələri Mərkəzi ilk zəlzələnin Yaanın Luşan əyalətində 17 km dərinlikdə baş verdiyini bildirib.

 

Bunun ardınca 4,5 bal gücündə ikinci zəlzələ baş verib, nəticədə azı 4 nəfər ölüb, 14 nəfər yaralanıb.

 

Sıçuan zəlzələyə meyilli ərazidir. Ən son 2008-ci ildə Sıçuanın şimal-qərbindəki Vençuan mahalında 8 bal gücündə baş verən zəlzələ fəlakətlə nəticələnmişdi.