Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-01 11:46:00
Rezidenturaya qəbul imtahanında iştirak etmək üçün qeydiyyat başladı
Əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul imtahanının 1-ci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının) 2-ci cəhdində iştirak etmək üçün namizədlərin qeydiyyatı 1 iyundan 5 iyun saat 23:59-dək internet vasitəsi ilə aparılır.
 
 
AzEdu.az xəbər verir ki, baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının 2-ci cəhdinin iyunun 19-da, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının isə avqustun 21-də keçirilməsi planlaşdırılır.