Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-30 13:12:00
Türkiyə Elmlər Akademiyası AMEA-ya kitablar hədiyyə edib  

Türkiyə Elmlər Akademiyası son illərdə aparılmış fundamental tədqiqatlar nəticəsində ərsəyə gəlmiş və “TEKNOFEST Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya Festivalı çərçivəsində təşkil olunan sərgidə nümayiş etdirmək üçün ölkəmizə gətirilmiş 100-ə yaxın elmi əsəri AMEA-ya bağışlayıb.

 

AzEdu.az xəbər verir ki, kitablar AMEA-nın Mərkəzi Elmi Kitabxanasında saxlanılacaq.

 

Xatırladaq ki, “TEKNOFEST Azərbaycan” festivalı çərçivəsində ölkəmizdə səfərdə olan Türkiyə Elmlər Akademiyasının prezidenti professor Müzəffər Şəkər sərgidə AMEA-nın pavilyonu ilə tanış olub, burada təqdim olunan yüksək texnologiya məhsullarını yüksək qiymətləndirib. Həmçinin AMEA-da professor Müzəffər Şəkərlə görüş keçirilib və o, Türkiyə Elmlər Akademiyasının “İslamda elm və texnologiya” beşcildiyini AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimova hədiyyə edib.