Azedu.az

UNEC-də layihələr müzakirə edilib  

Ali təhsil

26 May 2022, 11:12
UNEC-də layihələr müzakirə edilib  

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən “Bir” tələbə-könüllü proqramının nümayəndələrinin tələbələrlə görüşü keçirilib.

 

Universitetdən AzEdu.az-a bildirilib ki, görüşdə UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri İlkan Əliyev, Biznes və menecment fakültəsinin dekanı dosent Mirağa Əhmədov, Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev iştirak ediblər.

 

Tədbirdə tələbələrə təşkilatın yaranma tarixi, həyata keçirdiyi layihələr haqqında məlumat verilib, videoçarxlar nümayiş olunub.

 

Daha sonra proqramın universitet üzrə koordinatorları - İqtisadiyyat fakültəsinin III kurs tələbəsi Zəhra Kazımova və Beynəlxalq İqtisadiyyat Məktəbinin III tələbəsi Əli Əliyev çıxış edərək, UNEC-də proqram çərçivəsində həyata keçirilən layihələr haqqında məlumat veriblər.

Sonda tələbələr üçün bir sıra oyunlar təşkil edilib.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox