Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-23 12:12:00
İbtidai sinif üzrə keçiriləcək seminara qeydiyyat sabah yekunlaşır

Təhsil İnstitutu MİQ və sertifikasiya imtahanlarına hazırlaşan namizədlərə dəstək məqsədilə seminarları davam etdirir.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, budəfəki seminar ibtidai sinif müəllimləri və ibtidai sinif üzrə müəllim olmaq istəyən şəxslər üçün nəzərdə tutulub. Seminar institutun Metodik dəstək və peşəkar inkişaf mərkəzində keçiriləcək və 2 saat davam edəcək.

 

Mayın 25-i saat 15:00-da əyani şəkildə keçiriləcək seminarda iştirak etmək istəyən şəxslər linkə daxil olmaqla qeydiyyatdan keçə bilərlər.

 

Müraciətlər mayın 24-dək qəbul olunur. Qeydiyyatdan keçmiş ilk 100 nəfər iştirak hüququ qazanacaq. Digər şəxslər növbəti həftələrdə elan olunacaq link vasitəsilə qeydiyyatdan keçməklə seminarlarda iştirak edə biləcəklər.

 

Qeyd edək ki, seminarların həftə ərzində bir neçə dəfə keçirilməsi planlaşdırılır. Hər seminar bir fənn üzrə çərçivə sənədinin izahına həsr olunacaq, əvvəlki illərdə imtahanlarda istifadə olunan sual nümunələri müzakirə ediləcək, eyni zamanda, gələcəkdə çərçivə sənədinin təkmilləşdirilməsinə dair verilən təkliflər dəyərləndiriləcək.