Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-23 09:58:00
SAT imtahanlarının tarixləri məlum olub

2022-ci ilin ikinci yarısı və 2023-cü ilin birinci yarısında Dövlət İmtahan Mərkəzində (DİM) keçiriləcək SAT imtahanlarının tarixləri məlum olub.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, SAT imtahanları ABŞ-ın Təhsildə Qiymətləndirmə Xidməti (Educational Testing Service - ETS) təşkilatının dəstəyi ilə Ali Təhsilə Qəbul Şurası (College Board) tərəfindən hazırlanır və dünyanın müxtəlif ölkələrində olan test mərkəzlərində keçirilir.

 

İmtahan tarixləri:

 

27 avqust 2022-ci il;

 

1 oktyabr 2022-ci il;

 

3 dekabr 2022-ci il;

 

11 mart 2023-cü il (kompüter əsaslı);


6 may 2023-cü il (kompüter əsaslı);

 

3 iyun 2023-cü il (kompüter əsaslı).

 

Qeyd edək ki, 2023-cü ildən etibarən SAT imtahanları kağız daşıyıcılar deyil, kompüter vasitəsilə keçiriləcək. İmtahan tarixləri DİM-in saytının “Təqvim” bölməsinə əlavə olunur. Vətəndaşlara saytın bu bölməsini mütəmadi olaraq izləmək tövsiyə olunur.

 

SAT ilə yanaşı DİM-in keçirdiyi digər beynəlxalq imtahanlarla bağlı məlumatı keçiddən əldə etmək olar.

 

İmtahan DİM-in Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasında təşkil olunur.