Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-17 09:15:00
UNEC-də maarifləndirici tədbirlər keçirilb-FOTOLAR

UNEC-in fakültələrində “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsi" barədə maarifləndirici tədbirlər keçirilib.

 

AzEdu.az xəbər verir ki, Rəqəmsal iqtisadiyyat fakültəsində keçirilən tədbirdə Mühəndislik və tətbiqi elmlər kafedrasının dosenti Kəmalə Dadaşova, Türk Dünyası İqtisad fakültəsində isə dekan müavini Cavahirxanım Məmmədova, İqtisadiyyat və işlətmə kafedrasının baş müəllimi Nəriman Xanəhmədov çıxış edərək məişət tullantılarının idarə olunması sisteminin vacib komponentlərindən söz açıblar. Tullantıların yığılması, çeşidlənməsi, daşınması, yerləşdirilməsi, istifadəsi, zərərsizləşdirilməsi, emalı və s. ilə bağlı əməliyyatların düzgün və sistemli həyata keçirilməsi, eləcə də bu sistemin səmərəli fəaliyyətini təmin etmək sahəsində aparılan islahatlardan danışıblar.

 

Tədbirdə tələbələri maraqlandıran suallar cavablandırılıb.