Azedu.az

Elmi seminar: Canlı sistemlərdə anomal maqnit xassələri  

Ali təhsil

13 May 2022, 11:35
Elmi seminar: Canlı sistemlərdə anomal maqnit xassələri  

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində “Canlı sistemlərdə anomal maqnit xassələri” mövzusunda seminar keçirilib.

 

BDU-dan AzEdu.az-a bildirilib ki, seminarda fakültənin Biofizika və biokimya kafedrasının dosenti Aygün Nəsibovanın məruzəsi dinlənilib.

 

Məruzə canlı sistemlərə müxtəlif stres amillərin təsirinin tədqiqi zamanı ali bitkilərdə və digər bioloji sistemlərdə nanofazalı dəmir oksidi maqnit hissəciklərinin biogen generasiyası hadisəsinin aşkar edilməsinə həsr olunub. İonlaşdırıcı qamma radiasiyanın və radioaktiv çirklənmənin canlı sistemlərə təsirinin “vivo” və “in vitro” tədqiqatları ilə araşdırılıb.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox