Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-13 10:45:00
Ukrayna universitetlərinə əcnəbilərin qəbulu aparılır-100-dən çox tələbə MÜRACİƏT edib

 

Döyüşlərin davam etməsinə baxmayaraq Ukraynada ali təhsil müəssisələrinin tədris prosesini davam etdirdiyi bildirilir.

 

Müəssisələr hazırda 2022-ci il üzrə qəbul kampaniyası üzərində fəal işləyir, xüsusi ilə xarici ölkələrdən gələcək tələbələri Ukrayna universitetlərində təhsil almağa dəvət edirlər.

 

AzEdu.az xəbər verir ki, Ukraynanın təhsil müəssisələrində bakalavr, magistratura və doktorantura pillələrinə əcnəbilərin qəbulu ildə üç dəfə həyata keçirilə bilər.

 

Həmçinin il ərzində əcnəbilər aspiranturaya, doktoranturaya, hazırlıq fakültəsinin (kafedrasının) proqramlarına, dövlət və ya tədris dilinin öyrənilməsinə, habelə kadr hazırlığına və təcrübə keçməyə qəbul olunurlar.

 

1 may 2022-ci il tarixinə kimi təhsil almaq istəyən 100-dən çox əcnəbinin müraciəti artıq qeydə alınıb.

 

Ukrayna Elm və Təhsil Nazirliyi bildirir ki, təhsil almaq üçün maksimum sayda əcnəbi abituriyentin cəlb edilməsi Ukrayna təhsil sisteminə etimadı gücləndirmək və davamlı beynəlxalq əlaqələr qurmaq üçün mühüm vəzifələrdən biridir.