Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-11 16:42:00
Dünyaca məşhur alimdən Bakı məktəblilərinə ustad dərsi - Yaddan çıxmayacaq görüş -VİDEO

“Məktəbdə...” layihəsi çərçivəsində ilk görüş Bakı şəhəri 18 nömrəli tam orta məktəbdə keçirilib.

 

AzEdu.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin ilk qonağı texnika elmləri doktoru, professor,  AMEA-nın müxbir üzvü, "Zadə irsi və süni intellekt" Assosiasiyasının rəhbəri Rafiq Əliyev olub. 

 

Görüşdə məktəb və müəllimin insanların formalaşdırılmasında və həyatımızdakı rolu, yeniyetmələrdə müstəqil qərarvermə bacarıqlarının inkişaf etdirilməsi, ixtisas seçimi və peşə sahələrinə yönəlməyə təsir edən amillər və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılıb, məktəbliləri düşündürən suallara aydınlıq gətirilib.               

 

Görüşü,  "Kaspi" qəzeti, Baku TV onlayn televiziyası və AzEdu Təhsil Portalı da işıqlandırıb.

 

Qeyd edək ki, "Məktəbdə...” layihəsinin əsas məqsədi şagirdlərə mənəvi-əxlaqi dəyərlərə hörmət, ictimai məsuliyyət hissini aşılamaq, mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, sosial şəbəkələrdən asılılığın aradan qaldırılması və mövcud imkanlardan səmərəli istifadə, mühitə adaptasiya yollarını təbliğ etməkdən ibarətdir.

 

AzEdu.az görüşdən hazırlanan video-süjeti təqdim edir:

 

Gülcahan Məmmədova
Müəllifin digər yazıları