Azedu.az

Boliviyada universitetdə iğtişaş olub, 4 nəfər ölüb, 70 nəfər yaralanıb

Ali təhsil

10 May 2022, 10:56
Boliviyada universitetdə iğtişaş olub, 4 nəfər ölüb, 70 nəfər yaralanıb

Boliviyada Potosi əyalətində universitetdə tələbə şurasının seçkisi zamanı baş verən iğtişaş nəticəsində 4 nəfər ölüb, 70 nəfər yaralanıb.

 

AzEdu.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə bölgənin başçısı məlumat verib.

 

Onun sözlərinə görə, yaralılardan 5-nin vəziyyəti ağırdır.

 

Bildirilib ki, yüzlərlə insan seçki ilə bağlı qapalı idman zalında bir araya gəlib. Onların arasında mübahisə düşüb, nəticədə 4 nəfər öülb, 70 nəfər yaralanıb.

 

Vurğulanıb ki, 2021-ci ilin mart ayında başqa bir universitetdə tələbə toplantısı zamanı məhəccərlərin uçması nəticəsində 12 nəfər ölmüşdü.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox