Azedu.az

UNEC-in “Bloomberg” maliyyə laboratoriyasında təlimlərə start verilib

Ali təhsil

5 May 2022, 17:39
UNEC-in “Bloomberg” maliyyə laboratoriyasında təlimlərə start verilib

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Ömürboyu Təhsil Mərkəzinin tərkibində fəaliyyətə başlayan “Bloomberg” maliyyə laboratoriyasında professor-müəllim heyəti və tələbələr üçün “Bloomberg” terminallarından istifadə bacarıqlarının təkmilləşdirilməsi məqsədilə təlimlərə start verilib.

 

UNEC-dən AzEdu.az-a bildirilib ki, təlimlər “Bloomberg” maliyyə laboratoriyasının direktoru Əkbər Əsgərov tərəfindən aparılır.

 

Tədbiri müvəffəqiyyətlə bitirən iştirakçılar terminaldan istifadə vərdişlərinə sahib olacaq, əldə etdikləri bilik və bacarıqlar sayəsində UNEC daxilində mövcud olan tədqiqat mərkəzlərinin iqtisadiyyat və maliyyə ilə bağlı tədqiqatlarında “Bloomberg” laboratoriyasından istifadə edə biləcəklər.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox