Azedu.az

UNEC-də məntiq olimpiadası keçirilib

Ali təhsil

28 Aprel 2022, 12:41
UNEC-də məntiq olimpiadası keçirilib

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan məntiq olimpiadasının yarımfinal mərhələsi keçirilib.

 

Universitetdən AzEdu.az-a bildirilib ki, Tədris Mərkəzinin, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının və UNEC-in təşkilaçılığı ilə keçirilən olimpiadada iştirakçılara məntiqdən 45-i test, 5-i açıq olmaqla 50 sual təqdim edilib.

 

Olimpiadanın yarımfinal mərhələsində iştirak edən 132 tələbədən, 56 nəfəri finala vəsiqə qazanıb.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox