Azedu.az

UNEC tələbələri üçün postpandemiya dövründə biznes istiqamətləri haqqında təlim keçirilib

Ali təhsil

26 Aprel 2022, 09:42
UNEC tələbələri üçün postpandemiya dövründə biznes istiqamətləri haqqında təlim keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Məşğulluq Agentliyi tərəfindən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tələbələr üçün təlim keçirilib.

 

UNEC-dən AzEdu.az-a bildirilib ki, Agentliyin Əmək bazarının təhlili və inkişafı departamentinin müdiri Elman Sadıqov ilk olaraq tələbələrə məşğulluq sahəsində həyata keçirilən islahatlar barədə məlumat verib. Sonra isə dünyada postpandemiya dövründə biznes istiqamətləri, onların əmək bazarında yaradacağı vəziyyət, tələbələr ona hazırlıqlı olması barədə təqdimatla çıxış edib.

 

Təlim sual-cavab formatında davam edib.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox