Rusiyanın Ural Dövlət İqtisad Universitetinin “Non-Erasmus” mübadilə proqramına qəbul elan olunur. Proqram çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri 2022-2023-cü tədris ilinin payız semestrində təhsillərini xaricdə davam edəcəklər.
UNEC-dən AzEdu.az-a bildirilib ki, proqramın şərtlərinə əsasən, xarici universitetə təhsil haqqı ödənilmir. Tələbələrin orta balı (ÜÖMG) – 80-dən yuxarı olmalı və onlar gedəcək ölkədə tədris dilini sərbəst bilməlidirlər.
Müraciətlər mayın 15-dək qəbul olunacaq.