Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-21 15:02:00
Ukrayna ali təhsilin təkmilləşdirilməsi üçün dünya bankından kredit alır-Maaşlara, təqaüdlərə sərf olunacaq...

 

Ukraynanın Elm və Təhsil Nazirliyi və  Maliyyə Nazirliyi, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı ilə birlikdə “Ukraynada ali təhsilin təkmilləşdirilməsi” investisiya layihəsini başa çatdırıb.

 

AzEdu.az xəbər verir ki, bu barədə Ukraynanın Elm və təhsil naziri Sergey Şkarlet məlumat verib.

Layihənin məqsədi Ukraynada ali təhsil sisteminin səmərəliliyini artırmaq, Ukrayna universitetlərinin, tələbə hazırlığı və müəllimlərin keyfiyyətli və şəffaf fəaliyyəti üçün şəraitin təmin edilməsidir.

 

Nazir əldə olunan məbləğin sərf olunacağı istiqamətləri açıqlayıb:

 

“Ukraynanın 88,6 milyon dollar məbləğində kreditinin çıxarılması üçün bütün lazımi prosedurlar tamamlanıb. Vəsaitlər artıq dövlət büdcəsinin ümumi fonduna daxil olub və sosial müavinətlərin - maaşların, pensiyaların, təqaüdlərin və s.-nin ödənilməsinə yönəldiləcək”, - deyə Ukraynanın təhsil və elm naziri bildirib.