Azedu.az

Yeni təhsil standartlarının tətbiqi ilə bağlı müzakirələr aparılıb  

Ali təhsil

21 Aprel 2022, 09:27
Yeni təhsil standartlarının tətbiqi ilə bağlı müzakirələr aparılıb  

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yeni tədris standartlarının tətbiqi ilə bağlı müzakirələr aparılıb.

 

UNEC-dən AzEdu.az-a bildirilib ki, rektor professor Ədalət Muradovun və dekanların iştirakı ilə keçirilən müzakirələrdə təhsil nazirinin müvafiq əmri ilə təsdiq olunmuş və iki ilə yaxındır tətbiq edilən yeni standartlardan bəhs olunub.

 

Dekanlar təmsil etdikləri fakültələrdə yeni standartlar əsasında tədrisin təşkilinin mövcud vəziyyəti, görülən işlər, yaranan problemlər və onların həlli yolları barədə danışıblar, həmçinin təkliflər səsləndiriblər.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox