2017-2018-ci tədris ilində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) bakalavriat pilləsini 50-dək əcnəbi tələbə bitirib.
ADNSU-dan AzEdu.az-a bildirilib ki, müxtəlif ixtisaslar üzrə təhsil almış həmin gənclərdən 13-ü Çin, 30-u Türkmənistan, qalanları isə Rusiya, İran, Ukrayna və digər ölkələrdən olan gənclərdir.
Universitetdə əcnəbi tələbələrin təhsili üçün geniş imkanlar yaradılıb.