Azedu.az

UNEC-də  onlayn seminar keçiriləcək

Ali təhsil

11 Aprel 2022, 17:22
UNEC-də  onlayn seminar keçiriləcək

UNEC-də Türk Dünyası İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri dosent Oqtay Quliyevin moderatorluğu ilə Beynəlxalq hüquq baxımından “Cənubi Azərbaycan türkləri problemi” mövzusunda onlayn seminar keçiriləcək.

 

AzEdu.az xəbər verir ki,seminarda UNEC Türk Dünyası İqtisadi Araşdırmalar Mərkəzinin tədqiqatçısı s.e.f.d. Elşən Məmmədli mövzu ilə bağlı təqdimatla çıxış edəcək.

 

Seminar UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsi və Türk Dünyası İqtisadi Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq.

 

13 aprel 2022-ci il tarixində saat 11.00-da keçiriləcək seminara ZOOM platforması üzərindən //zoom.us/j/91616518308 linkinə keçid etməklə qoşula bilərsiniz.

 

Seminar UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsinin rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanacaq.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox