Azedu.az

BDU-da “Xarıbülbül” adlı rəsm sərgisi təşkil edilib

Ali təhsil

9 Aprel 2022, 10:58
BDU-da “Xarıbülbül” adlı rəsm sərgisi təşkil edilib

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində “Şuşa İli”nə həsr edilən “Xarıbülbül” adlı rəsm sərgisi təşkil olunub.

 

Bu barədə AzEdu.az-a BDU-dan məlumat verilib. Bildirilib ki, sərginin layihə rəhbəri fakültənin Tələbə Gənclər Təşkilatının sədr müavini Sevinc Həsənovadır. Sərgidə tələbələrin Şuşa və Qarabağla bağlı rəsmləri təqdim edilib.

Tədbirin sonunda layihənin rəhbəri və iştirakçılar fakültə rəhbərliyi tərəfindən təşəkkürnamə ilə təltif olunublar.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox