Azedu.az

“SABAH” tələbələrinin məqaləsi beynəlxalq jurnalda dərc olunub  

Ali təhsil

6 Aprel 2022, 17:38
“SABAH” tələbələrinin məqaləsi beynəlxalq jurnalda dərc olunub  

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) “SABAH” Mərkəzinin müəlliminin və tələbələrinin məqaləsi beynəlxalq konfransın jurnalında dərc olunub.

 

UNEC-dən AzEdu.az-a bildirilib ki, “SABAH”ın mühasibat uçotu və audit ixtisasında təhsil alan 4-cü kurs tələbələri Günel Rüstəmli, Murad Namazov, Nəzrin Həsənzadə, Yusif Hüseynov və mərkəzin müəllimi Aygün Abdulovanın birgə məqaləsi Birləşmiş Krallığın Brayton şəhərində IV beynəlxalq elmi-praktik konfransın jurnalında dərc olunub.

 

Məqalədə Ələt Azad İqtisadi Zonasının və qonşu ölkələrin azad iqtisadi zonalarının cari vəziyyəti və perspektivləri araşdırılıb.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox