Azedu.az

LDU ilə tanışlıq məndə xoş təəssürat yaratdı- Örl Litzenberger

Ali təhsil

4 Aprel 2022, 15:35
LDU ilə tanışlıq məndə xoş təəssürat yaratdı- Örl Litzenberger

ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberger Lənkəran Dövlət Universiteti ilə bu günkü tanışlığının onda xoş təəssürat yaratdığını deyib: “Lənkəran Dövlət Universiteti ilə  bağlı bu günkü  təəssüratım çox xoşdur. Xüsusən qızlar yataqxanasında gördüklərim məni razı saldı. Kompüter otağının yataqxanaya yaxın olması çox yaxşıdır və tələbələrə gün boyu kompüterdən, internetdən istifadəyə şərait yaradır. Rektor bunu yaxşı fikirləşib. Biz bu il 2 yeni guşənin açılışını etmişik ki, bunun da biri LDU-dadır.  Bu guşənin  LDU-nun nəzdində olması çox yaxşıdır. Bura hamı üçün faydalı olacaq, tələbələrə ingilis dili biliklərini  təkmilləşdirməyə imkan yaradacaq. Əminəm ki, mərkəzdən yerli sakinlər də faydalanacaqlar.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox