Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-02 13:45:00
Oksford Universiteti: Mobil telefon və smartfonların beyin şişi yaratması fikri absurddur

Oksford Universitetinin alimləri mobil telefonlardan və smartfonlardan istifadənin beyin şişlərinin inkişaf riskini artırması ilə bağlı yayılmış yanlış fikri təkzib ediblər.


AzEdu.az xəbər verir ki, aparılan araşdırmaların nəticələri universitetin Milli Xərçəng İnstitutunun jurnalında dərc edilib.
Tədqiqat 2001-ci ildə mobil telefonlardan istifadə ilə bağlı sorğuları dolduran təxminən 776 min insanı əhatə edib. Onların təxminən yarısı 2011-ci ildə təkrar sorğu ediliblər. İştirakçılar orta hesabla 14 il müşahidə altında olub.


2011-ci ilə qədər 60-64 yaş arası qadınların demək olar 75 faizi, 75-79 yaşlı qadınların isə 50 faizindən bir qədər az hissəsi mobil telefondan intensiv istifadə edib. On dörd illik müşahidə dövründə 3268 (0,42 faiz) qadında beyin şişinin - qlioma (sinir sisteminin şişi), akustik neyroma (beyni və daxili qulağı birləşdirən sinirin şişməsi), meningioma (beyin şişi) və ya hipofiz şişinin inkişaf etdiyi qeydə alınıb.


Nəticədə alimlər heç vaxt mobil telefondan istifadə etməyənlərlə bu cihazların istifadəçiləri arasında beyin şişində inkişaf riski baxımından ciddi fərq olmadığını müşahidə ediblər. Bunlara beyinin ən həssas hissələri olan temporal və parietal loblardakı şişlər daxildir. Qlioma, akustik neyroma, meningioma, hipofiz şişləri və ya göz şişlərinin inkişaf riskində də heç bir fərq olmadığı ortaya çıxıb.

 

Azərtac