Azedu.az

AzTU-da Elm Gününə həsr olunan seminar keçirilib

Ali təhsil

31 Mart 2022, 15:55
AzTU-da Elm Gününə həsr olunan seminar keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) Elm Gününə həsr olunan seminar keçirilib. Əvvəlcə AzTU-nun Tədqiqat və inkişaf şöbəsinin müdir müavini Nağı Qasımov elmi-tədqiqat işləri və beynəlxalq indeksli elmi jurnallara təqdim olunan məqalələrlə bağlı kafedraların hesabatını təqdim edib.

 

AzEdu.az xəbər verir ki, daha sonra rektorun elmi-tədqiqat məsələləri üzrə müşaviri Fariz Məmmədov çıxış edib. Fariz Məmmədov AzTU-nun üzv qəbul olunduğu CDIO Təşəbbüsü Universitetlər Şəbəkəsi haqqında ətraflı məlumat verib. O, həmçinin CDIO-ya üzvlüyün tədrisin, elmi-tədqiqat işlərinin və universitet-sənaye işbirliyinin inkişafına verəcəyi töhfələr barədə geniş təqdimatla çıxış edib.

 

Seminarın sonunda çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev kafedraların iş prinsipi ilə bağlı mövcud problemlər və həlli yollarından danışıb. Rektor tədrisin və elmi-tədqiqat işlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində müvafiq tapşırıqlarını verib.

Sonda suallar cavablandırılıb.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox