Azedu.az

MDU-nun tələbələri üçün təlim-təcrübə proqramı təşkil edilib

Ali təhsil

31 Mart 2022, 14:57
MDU-nun tələbələri üçün təlim-təcrübə proqramı təşkil edilib

Mingəçevir Dövlət Universiteti (MDU) və “Atəşgah” Sığorta Şirkətinin Mingəçevir şöbəsi arasında əməkdaşlıq çərçivəsində universitetin İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri üçün növbəti iki həftəlik təlim-təcrübə proqramına start verilib.

 

AzEdu.az xəbər verir ki, martın 11-dən aprelin 3-dək iki iş həftəsi müddətində davam edəcək təcrübə proqramında iştirak hüququ qazanmış MDU-nun 6 tələbəsi “Atəşgah” Sığorta Şirkətinin Mingəçevir şöbəsində ofis şəraitində sığorta işinin təşkili, risklərin hesablanması və idarə edilməsi, sığorta fəaliyyətinin əsasları, müştərilərlə əlaqələrin qurulması ilə bağlı təcrübə keçəcəklər və müvafiq təlimlərdə iştirak edəcəklər.

 

Bildirilib ki, təlim-təcrübə proqramına qatılmaqla tələbələr gələcəkdə işlə təmin olunma imkanları da əldə edirlər.

 

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi məqsədilə sənaye ilə əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verilir.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox