Azedu.az

UNEC-də master-klas: “Biz iş axtarmırıq, iş yeri açırıq”-FOTO

Ali təhsil

30 Mart 2022, 16:15
UNEC-də master-klas: “Biz iş axtarmırıq, iş yeri açırıq”-FOTO

UNEC-də 2021/2022-ci tədris ilinin “İnformasiya texnologiyaları (İT) ili” elan edilməsi ilə bağlı tədbirlər planının icrası məqsədilə Rəqəmsal iqtisadiyyat fakültəsində master-klas keçirilib.

 

AzEdu.az xəbər verir ki, fakültənin dekanı dos. Elman Cəfərov UNEC-də 2021/2022-ci tədris ilinin “İnformasiya texnologiyaları (İT) ili” elan edilməsi barədə iştirakçılara məlumat verib.

 

Sonra “TransEuroCom” MMC-nin baş direktoru, tex.e.n. Qismət İbrahimov tələbələrə “Biz iş axtarmırıq, iş yeri açırıq” mövzusunda master-klas keçib. O, İKT-nin əsaslarının yaranması tarixi və informasiya mübadiləsi üçün geniş istifadə olunan şəbəkələrin iş prinsipləri, informasiya ötürücülüyü, həmçinin ayrı-ayrı obyektlərdə İKT sahəsində son nəsil GPON və EPON texnologiyalarının strukturu, xüsusiyyətləri və istifadəsinə dair tətbiq nümunələri haqqında ətraflı məlumat verib.

 

Görüş zamanı tələbələrin sualları da cavablandırılıb.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox