Azərbaycan Texniki Universitetinin (AzTU) Maşınqayırma texnologiyası kafedrasında “ATEF Şirkətlər Qrupu”nun baş müəhəndisi Nadir Kərimovla görüş keçirilib. Görüşdə AzTU-nun Tədris şöbəsinin müdiri Ərəstun Məmmədov, dekanlar, kafedra müdirləri və tələbələr iştirak edib.
Bu barədə AzEdu.az-a universitetdən məlumat verilib. Bildirilib ki, Nadir Kərimov “ATEF Şirkətlər Qrupu”nun fəaliyyəti, Maşınqayırma texnologiyası kafedrasının tələbələrinin müəssisədə keçdiyi istehsalat təcrübəsinin gedişi, elmi-tədqiqat işləri haqqında məlumat verib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.